Oğlunun şəklini paylaşıb üzünü gizlətdi

Rəqqasə Oksana Rəsulova 2 yaşlı oğlu Osmanın fotosunu ilk dəfə sosial şəbəkədə yayımlayıb.

Övladını mediadan uzaq tutan sənətçi bu dəfə də onun üzünü gizlədib.

Oksana fotoya "Dəlicəsinə aşiq olduğun insanla ailə qurmaq daha yaxşısı deyil. O adamla ailə qurmaq yaxşıdır ki, kimin üçün sənin xoşbəxtliyin - onun həyatının mənasıdır" şərhini yazıb.

Rəqqasə daha sonra izləyicilərinə "Dostlar, sizcə, sevgi nədir? Sevgiyə inam qalıb? Sevgisiz bir insanla yaşamaq olarmı?" sualını ünvanlayıb.

Qeyd edək ki, Oksana 2018-ci ildə ana olub. O, uzun illər dost olduğu bir şəxslə gizli ailə qurduğunu açıqlayıb.

axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31