“Şumer və türk dastanları” kitabı Avropa dillərində nəşr olunur

“Şumer və türk dastanları” kitabı Avropa dillərində nəşr olunur

Almaniyanın "Lambert" nəşriyyatı filologiya elmləri doktoru İslam Sadığın "Şumer və türk dastanları" kitabını Avropa xalqlarının səkkiz dilində - ingilis, fransız, alman, italyan, ispan, danimarka, polyak, portuqal və rus dillərində nəşr etdirir.

Olaylar.az bildirir ki, Azərbaycanda şumerşünaslığın bir elm kimi yaradılıb formalaşmasında böyük əməyi olan İslam Sadığın "Şumer və türk dastanları" kitabında onun bu sahədəki araşdırmalarının az bir qismi toplanılıb. Nəşrdə əsasən Şumer və türk dastanları müqayisəli şəkildə araşdırılıb, çoxlu sayda oxşar və eyni motivlər üzə çıxarılıb.

Şumer və türk dastanlarının müqayisəli təhlilinə həsr edilmiş ilk sanballı tədqiqat işi olan bu monoqrafiyanın Avropada 8 dildə nəşr olunması Azərbaycan elminin və bütövlükdə türkologiyanın uğurudur.

Qeyd edək ki, İ.Sadığın "Şumer və türk dastanları" kitabı ötən il Türkiyədə nəşr olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31