Dağlıq Qarabağda "Covid-19"a yoluxanların sayı açıqlandı

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.

Olaylar.az Unikal.org-a istinadən xəbər verir ki, Xankəndi şəhərində koronavirusa 5 yeni yoluxma faktı qeydə alınıb.

Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 141 nəfərə çatıb.

Xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31