Hərbi Prokurorluğun şöbələrinə yeni rəislər təyin edilib
Hərbi Prokurorluğun şöbələrinə yeni rəislər təyin edilib
8 İyul 2020 15:28 SosialRespublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub. Məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Rövşən Əfəndiyev Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyev isə sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31