Mirşahin Ağayev koronavirusa yoluxub
6 İyul 2020 12:31 Sosial"Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA xəbər verir ki, hazırda Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Prosedura uyğun olaraq Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31