Bakıda daha bir məşhur hoteldə karantin qaydaları pozuldu
6 İyul 2020 12:33 SosialBakıda karantin qaydalarının pozulması ilə bağlı növbəti video yayılıb. "Olaylar" xəbər verir ki, görüntülər "Hyatt Regency Baku" hotelində lentə alınıb. Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların hotelin hovuzu ətrafında istirahət etməsi əks olunub.
Qeyd edək ki, dünən xüsusi karantin rejiminin "Fairmont Baku" hotelində də pozulması ilə bağlı görüntülər yayılmışdı. Video yayıldıqdan sonra polisin keçirdiyi əməliyyat zamanı həmin şəxslər saxlanılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31