2 polis əməkdaşı koronavirusdan ölüb

2 polis əməkdaşı koronavirusdan ölüb

Azərbaycanda koronavirusdan ölənlər arasında polis əməkdaşları da var. "Olaylar" xəbər verir ki, COVİD-19-dan müalicə olunan 2 polis əməkdaşı dünyasını dəyişib. Onlardan biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31