Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi
4 İyul 2020 10:03 SosialAzərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Sumqayıt şəhər 2 saylı Doğum Evində anestezioloq, reanimatoloq vəzifəsində çalışan, eyni zamanda koronovirusla mübarizə aparan Fərman Süleymanov Covid-19-un qurbanı olub.
Bu barədə mərhumun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
1971-ci il təvəllüdlü F.Süleymanov müalicə olunduğu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31