Daha 84 obyektdə pozuntu aşkar edilib
3 İyul 2020 17:52 SosialAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 60 ictimai iaşə obyekti, 171 ərzaq satışı mağazası olmaqla ümumilikdə 231 müəssisədə reyd keçirib.
AQTA-dan "OLAYLAR"a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.
Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31