Yeni müavin ilk olaraq Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdi
Yeni müavin ilk olaraq Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdi
3 İyul 2020 15:08 SosialŞamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov yeni təyinatı münasibətilə Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. "OLAYLAR" xəbər verir ki, Hikmət Şikarov daha sonra Şəhidlər Xiyabanını ziyarət edib və şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31