20 yanvar dairəsinə giriş məhdudlaşdırılır

20 yanvar dairəsinə giriş məhdudlaşdırlır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 04 və 05 iyun tarixlərində "3-cü mikrorayon" dairəsi üzərindən küçən yol ötürücüsünə "20 yanvar" dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən verilib. Bildirilib ki,  alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31