Daha bir yeniyetmə Kür çayında batıb

Şirvanda 17 yaşlı yeniyetmə çayda batıb."Olaylar" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31