Təzəcə azadlığa çıxan azərbaycanlı bloger karantin qaydalarını yenə pozdu - VİDEO
3 İyul 2020 12:33 SosialSosial şəbəkələrdə "Daqqılı" ləqəbi ilə tanınan bloger yenidən karantin qaydalarını pozub.
Ziliş Cəfərov adlı bloger tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs edib.
İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini pozan Ziliş Cəfərovun sözügedən görüntüləri sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, bloger bir müddət öncə nəqliyyat vasitələrində intizamsız davranışlarıyla əlaqədar olaraq saxlanılıb.
Səbail Rayon məhkəməsinin qərarı ilə Z.Cəfərov 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31