Elmi-praktiki Beynəlxalq video-konfrans keçirildi
2 İyul 2020 17:10 SosialAzərbaycan növbəti dəfə "Dədə Qorquda" ev sahibliyi etdi. Olaylar.az bildirir ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Zoom" proqramı vasitəsilə "Dədə Qorquddan qalan miras - Aşıq sənəti" adlı Elmi-praktiki Beynəlxalq video-konfrans təşkil edilmişdir. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, İran və Qırğızıstandan olan saz-söz dünyasının elm adamları öz dəyərli fikirləri ilə iştirak etmişlər.
Məlum olduğu kimi, Azərbaycan etnomusiqişünaslığının əsas vəzifələrindən biri isə aşıq sənətini yaşatmaq, aşıq havalarının, dastanların toplanması, notlaşdırılması və tədqiqindən ibarətdir.
Məruzəçilər "Azərbaycan aşıq sənətində Şirvan mühitinə dair", "Qarabağ aşıq mühitinin özəllikləri", "Qırğız Türklərinin fəlsəfə geneleğinde Komuz aletinin yeri ve önemi", "Təbriz-Qaradağ aşıq mühitinin ustad-şagird ənənəsi", "Kazakistandakı aşıklar atışmasının türləri", "Ünlü Kars aşığı: aşıq Şenlik Baba haqqında", "Sulduz aşıq mühiti haqqında" və s. mövzularla çıxış etmişdir. Xatırlatmaq istərdik ki, Azərbaycan, Türkiya və Qazaxıstanın birgə təqdimatına əsasən "Dədə Qoruqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" faylı 2018-ci ildə Türk dünyasının mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Sözügedən türk folklor abidəsinin din, əxlaq, məişət, fəlsəfə və sair təzahür formalarından danışan məruzəçilər gələcəkdə tədqiqat potensialların səfərbər olmasına dair razılığa da gəlmişdilər. Belə ki, Mərkəzin direktoru Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin türk inteqrasiya məsələlərinə ayırdığı xüsusi diqqətini yada salaraq türk dünyasının alim və sənət adamların türk birliyinin qorunması və yaşadılması üçün birgə layihələrin reallaşması zərurətini vurğulamışdır.
Konfransın sonunda iştirakçılar tərəfindən türk xalqların qeyri-rəsmi himni sayılan "Anayurt marşı" ifa edilmiş və iştirakçılar adından Beynəlxalq Türk Akademiyasına müraciət ünvanlanıb.
.jpg)
.jpg)