BŞBPİ Mətbuat xidmətinin rəisi təltif olunub

BŞBPİ Mətbuat xidmətinin rəisi təltif olunub

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təltif olunub. "Olaylar" xəbər verir ki, Elşad Hacıyev Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə "Daxili İşlər Nazirliyində əla xidmətə görə" döş nişanı ilə təltif olunub.Elşad Hacıyevi əvvəllər Bakı şəhər Baş Polis İdarəsinin "Polis" qəzetinin əməkdaşı olub. 2018-ci ilin oktyabrında Daxili İşlər nazirinin əmri ilə Elşad Hacıyev "Polis" qəzetinin redaktoru vəzifəsinə, eyni zamanda Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi postuna təyinat alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31