Azərbaycanda bu gün koronavirusa yoluxanların və ölənlərin sayı açıqlandı
1 İyul 2020 20:38 SosialAzərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7 831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31