Rusiyada yaşayan məşhur azərbaycanlı müğənni virusa yoluxdu

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) koronavirusa yoluxub.

Bahh Tee bu haqda rəsmi İnstaqram səhifəsində məlumat verib: "Bu gün mənə ikitərəfli sətəlcəm diaqnozu qoyuldu. Koronavirusa yoluxmuşam.

Bu barədə çox danışmayacam. Amma təəssüf ki, son günlərdə çox sayda insanlarla təmasda oldum. Hamını maksimum dərəcədə xəbərdar etməyə çalışdım. Amma dünən marketə getmişdim, bir neçə nəfər mənə yaxınlaşıb, şəkil çəkdirdi. Onlar maska taxmışdılar, ancaq foto çəkdirəndə maskalarını çıxardılar. Hər şey yaxşı olacaq, məndən narahat olmayın".

Qeyd edək ki, Bahh Tee xalq artisti Emin Ağalarov ilə dostdur.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31