Xüsusi karantin rejimi UZADILACAQ - Operativ Qərargah
30 İyun 2020 18:37 SosialXüsusi karantin rejiminin uzadılması müzakirə mövzusudur. Təkliflər var ki, 5 iyuldan sonra bu müddət uzadılsın. Bu barədə ictimaiyyətə məlumat veriləcək.
Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
Prezident köməkçisi bu sözləri deyib: "Nəzərə alaq ki, biz bu riskdən xilas olmamışıq. Xüsusi karantin rejimin tətbiqi ilə yanaşı, evdə müalicə ilə bağlı xüsusi paketlər hazırlanır. Hər bir məsələdə olduğu kimi, burada da xalq və dövlət birliyi ən ümdə prinsiplərdən olmalıdır. Dövlətin verdiyi tövsiyələrə vətəndaşlar tərəfindən riayət edilməlidir. Dövlət siyasətinin kökündə vətəndaşların sağlamlığının qorunması dayanır. Müəyyən istisnalar var və bu istisnalar bizi yorur, ürəkaçmayan tendensiyalara səbəb olur"