"Koronavirus Allahın bizə qəzəbidir" - Məleykə Əsədova

"İlk gündən dedim, Allahın cəzasına gəldik".

Olaylar.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişində deyib. Koronavirusdan danışan aktrisa bunları söyləyib:

"Bu verilişdə də nə qədər insanlar gəlirdi, ana balanı, bala ananı atır. Ev, var-dövlət üstündə bir-birini qırırlar. Həyat son illər mürəkkəbləşib. İnsanlar bir-birinə böhtan atır, yalan danışırlar. Türkiyədə qasırğa oldu. Amerikada nələr baş verdi.

Allahın qəzəbinə gəldik. Neçə il əvvəl deyirdim ki, bunların sonu gələcək. İndi gəldi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31