Ölkədə siyasi partiyaların və KİV-nin fəaliyyəti üçün mühüm şərait yaradılıb
29 İyun 2020 18:01 SosialAzərbaycanda əsas demokratik prinsiplər hesab edilən fikir, söz, məlumat və ifadə azadlığı deməkm olar ki, ən yüksək səviyyədə qorunur, inkişaf etdirilir. Müstəqilliyin ilk illərindən tərəqqi və inkişaf mərhələsinə qədəm qoyan bu proses günümüzdə özünün ən yüksək zirvəsinə çatıb deyə bilərik. Təbii ki, bu da qeyd edilən sahənin təməlinin möhkəm olması, ona dövlət səviyyəsində ən yüksək diqqət və qayğının göstərilməsi ilə bağlıdır.
Bu bir danılmaz faktıdır ki, ölkədə əldə edilən hər bir uğurda, onun təməlində ümummilli lider Heydər Əliyevin zamanında bu və ya digər sahələrdə atdığı məqsədyönlü addımlar, uğurlu islahatlar durur. Bu mənada Heydər Əliyevin ölkədə fikir, söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətindəki fəaliyyəti, atdığı addımlarını danmaq, etiraf etməmək mümkün deyil.
Bəli, bu günki, müstəqilliyimizin banisi ümumilli lider Heydər Əliyev olduğu kimi, müstəqil mətbuatımızın inkişaf etməsinin əsas səbəbkarı da məhz Ulu öndər hesab edilir. Təbii ki, ölkəmizdə azad mediyanın yaranmasıda ümumilli Liderimizin adı ilə bağlıdır. 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açan ümummilli lider Heydər Əliyev imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Belə ki, ölkədə xeyli sayda müstəqil mətbuat orqanın və informasiya agentliklərinin, elektron kütləvi informasiya vasitələrinin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Məhz bu diqqət və qayğının bariz nümunəsi olaraq ulu öndər 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.
"Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Ümummilli lider Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda kütləvi informasiya vasitələrinin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən ümummilli lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, kütləvi informasiya vasitələrinə qayğı davamlı və sistemlidir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət günümüzdə onun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən uğurla icra edilir. 2003-cü ildən ölkəyə rəhbərlik edən Cənab İlham Əliyevin də ötən 17 il ərzində media, kütləvi informasiya vasitələrinə göstərdiyi diqqət və qayğı kifayət qədərdir. Təkcə bir faktı, sosial-mənzil şəraiti pis olan jurnalistlər üçün hündürmərtəbəli yaşayış binasının tikilib dövlət hesabına kütləvi informasiya vasitələrinin təmsilçilərinə verilməsini qeyd etmək kifayətdir ki, dövlətin, şəxsən dövlət başçısı Cənab İlham Əliyevin media, mətbuata diqqət və qayğısını görək. Hazırda da dövlətin və dövlət başçısının mətbuata, kütləvi informasiya vasitələrinə diqqət və qayğısı davam edir. Müntəzəm olaraq media ilə bağlı imzalanan fərman və sərəncamlar fonunda bunu aydın görmək mümkündür.
Ancaq təəssüfedici hal ondan ibarətdir ki, həm daxildəki bəzi qüvvələr, həm də bəzi beynəlxalq təşkilatlar ölkədə fikir, söz, məlumat və ifadə azadlığının pozulduğunu iddia edir, Azərbaycanı reytinq cədvəllərində sonuncu yerlərdə qərarlaşdırırlar. Azərbaycana, ölkəmizə qarşı bu qərəzli, əsassız ittihamlar, münasibətin kökündə isə təbii ki, inkişafımızı, tərəqqimizi həzm etməmək, onu qəbul edə bilməmək reallığı dayanır. Əksər hallarda isə erməni maraqlarından irəli gələrək Azərbaycana qarşı bu kimi qərəzli fikirlər ortalığa atılır.
Bu birmənalıdır ki, Azərbaycan üstün coğrafi mövqeyinə və təbii sərvətlərinə görə tarixən istər kənar qüvvələr ilə, istər daxildəki qüvvələr ilə mübarizə aparıb. Bu gün isə bu mübarizə müxtəlif formalarda həyata keçirilir ki, bunlardan biridə mediya sahəsindədir. Cəmi bir neçə həftələr əvvəl bizim qəhrəman hərbiçimiz Ramil Səfərovun məsələsində sapı özümüzdən olan baltaların hədəfinə çevrildik. Öz əqidəsini pula satan bəzi mediya nümayəndələri xoşagəlməz çıxışlar paylaşdılar. Hətta bəzi radikallar sosial şəbəkələrdə Ramil Səfərovun həbsini istədiklərini bildirdilər. Ancaq cənab Prezidentin qətiyyətli mövqeyi və xalq-iqtidar birliyi bu mübarizədə öz gücünü göstərdi. Azərbaycan mediyasına qarşı bu kimi təxribatlara çox rast gəlinir. Çox təəssüf ki, bu qarayaxma kampaniyaları bizim mediyanın beynəlxalq imicini zədələyir. Bütün bu kampaniyalara qarşı Azərbaycan mediyası öz liderinin, cənab Prezidentin ətrafında sıx birləşməli və sapı özümüzdən olan baltalara qarşı daim mübarizə aparmalıdır.
Bir məqamı da qeyd etmək lazımdır ki, demokratik prinsiplərin qorunması, inkişaf etdirilməsi fonunda ölkədə siyasi sahədə həyata keçirilən islahatlar plüralizmin daha da inkişaf etdirilməsi və möhkəmlənməsinə imkan yaradır. Ümumiyyətlə, ölkəmizdə ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən demək olar ki, bütün sahələrdə mühim islahatlar həyata keçirilməkdədir. Əlbəttə, bu islahatların içərisində xüsusilə siyasi sahədə aparılan islahatlar mühim əhəmiyyət kəsib edir. Ümumilli liderimiz hər zaman ölkədə sağlam müxalifətin formalaşmasına çalışıb, o, hər zaman istəyib ki, sağlam müxalifət öz fikirlərini bildirsin, Heydər Əliyev düşünürdü ki, belə olan halda ölkə daha sürətli inkişaf edəcək. Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli-mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır.
Hal-hazırda isə ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə siyasi sahədə bir sıra mühim qərarlar qəbul olunur. Bu qərarlar ölkənin inkişafının sürətlənməsinə, ölkədə siyasi sabitliyi hökm sürməsinə və siyasi partiyaların fəaliyyətinin tənzimlənməsinə xidmət edir.
Həmçinin qeyd etmək lazımdır ki, 2017-ci il ölkədə böyük siyasi və iqtisadi islahatlar ili kimi yadda qalmışdır. Azərbaycanda dövlət idarəçilik sistemi daha da təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Bu məqsədlə Konstitusiyanın preambulasında əksini tapan niyyət və prinsiplərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülmüş, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq ölkəmizdə vitse-prezidentlik təsisatının yaradılması reallaşmışdır. Bu təsisatın yaradılması olduqca vacib hadisə olaraq ölkəmizin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı indiki dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, dövlətimizin qarşısında qoyulan vəzifələrin reallaşdırılması üçün çox əhəmiyyətli addım olmuşdur.
Heç şübhəsiz ki, ölkədə siyasi partiyaların, eləcə də kütləvi informasiya vasitələrinin fəaliyyətinə yaradılmış bu qədər imkan, şəraitin qarşılığında həm siyasi partiyalar, həm də KİV-lər dövlətçilik mövqeyindən çıxış etmıəli, bunun qarşılığını verməlidirlər. Bu gün ölkəmizdə siyasi partiyaların və KİV-nin fəaliyyəti üçün mühüm şərait yaradılıb. Təbii ki, bütün bunlar möhtərəm Prezidentimizin mətbuatın inkişafına verdiyi dəstəyin bariz nümunəsidir. Bunun qarşılığında həm siyasi partiyalar, həm də kütləvi informasiya vasitələri nümayəndələri dövlətinə və dövlət başçısına sədaqətini nümayş etdirməli, xalqa təmənnasız xidmət etməli, vətəndaş-məmur münasibətlərinin inkişafına öz töhvələrini verməlidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə Azərbaycan beynəlxalq aləmdə öz nüfuzunu daha da artırmışdır. Hal-hazırda pandemiya dövründə belə Azərbaycan səhiyyəsinin uğurlu inkişafı dünya ölkələri tərəfindən alqışla qarşılanır. Hətda virusla mübarizədə inkişaf etmiş ölkələr var ki, onlar bu mübarizədə məhz Azərbaycan modelini tədbiq edirlər. Əldə edilən bu uğurlarda siyasi partiyaların və mediya təmsilçilərinin rolu heç də az deyil. Onlar, xalqın çətin günündə yanında oldular və cənab Prezidentin "Biz birlikdə güclüyük" çagırışına qoşuldular. Cənab Prezident hər zaman siyasi partiyaların fəaliyyətini yüksək qiymətləndirir. Siyasi partiyalar hər dövrdə, hər şəraitdə xalqın yanında olmalı və dövlətinə sədaqətini nümayiş etdirməlidir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.