SMS icazə sistemində limit qoyulub: Yalnız 1 dəfə icazə almaq olar
29 İyun 2020 13:52 SosialSui-istifadə hallarına yol verildiyi üçün SMS-icazə sisteminə limit qoyulub.
Bunu Trend-ə açıqlamasında "Asan Xidmət"in mətbuat katibi Elnur Niftəliyev bildirib.
Onun sözlərinə görə, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edir. Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və vətəndaşlar yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə ala bilər.
Qeyd edək ki, digər bir dəyişikliklə də vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31