Aqil Abbas: “Yol polisi deputat köməkçilərinin hərəkətinə icazə vermir”

"Karantin vaxtı deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilmir". "Olaylar" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin iyunun 29-da keçirilən iclasında deyib. O qeyd edib ki, deputat köməkçilərini yol polisi saxlayır və hərəkətinə icazə vermir: "Onların sistemdə icazəsinin olmadığını bildirir. Təklif edirəm ki, deputat köməkçilərinin karantin vaxtı sərbəst hərəkətinə icazə verilsin".

Spiker Sahibə Qafarova bildirib ki, deputat köməkçiləri onlayn işləyir: "Ancaq bu məsələyə baxarıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31