Azərbaycanda daha bir həkim koronavirusun qurbanı oldu
28 İyun 2020 18:27 SosialBakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.
Deputat Qənirə Paşayeva həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib.
Deputat bildirib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikların birində fəaliyyət göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31