“Özünü qoru, çevrəni xilas et”: Sakinlərə qoruyucu maska paylandı- FOTOLAR
28 İyun 2020 16:25 Sosial"Yaşıl Dünya" ekoloji maarifləndirmə ictimai birliyinin fəalları Media Hərəkatının başladığı "Özünü qoru, çevrəni xilas et" aksiyasına dəstək verib. Təşkilatın fəalları Bakının Xətai rayonu ərazisində, Əhmədli qəsəbəsində maarifləndirici aksiya keçirib. Bu barədə Olaylar.az-a aqıqlamasında Media Hərəkatının üzvü, ictimai birliyin sədri Elman Cəfərli məlumat verib. "Əhmədli qəsəbəsində sakinlərlə görüşdük, onlara koronavirus epidemiyası ilə mübarizə yolları barədə məlumatlar verdik. Xüsusən məktəb yaşlı uşaqlarla söhbətlər apardıq. Onlara tibbi qoruyucu maskalardan istifadəni tövsiyə etdik"-deyə, E.Cəfərli bildirib. Aksiyada sakinlərə tibbi qoruyucu maska paylanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31