ÜMİDLİ SABAHDAN GÖZƏL NƏ VAR Kİ
28 İyun 2020 16:21 SosialQabiliyyəti insanı zirvəyə qaldıra bilər. Amma bu zirvədə qalmağın mühüm bir amili var: onun xarakteri. Və nə gözəl ki, bəxtimizə güclü xarakterə, nadir intellektual səviyyəyə, yüksək idarəçilik qabiliyyətinə malik, Ulu öndərin layiqli davamçısı İlham Əliyev kimi Prezident düşüb. Güclü olmaq hər kəsin arzusudur, güclü insan həm də xeyirxah, yardımsevər, hər şeyi əvvəlcədən dərk etmək intuisiyasına malik olanda biz hamımız, hər bir vətəndaş öz ölkəmizdə əmin-aman yaşaya bilirik. Ölkəmizin başçısı İlham Əliyev bu gün haqqı demək cəsarətinə sahib olduğunu bir daha sübut etdi. COVİD-19 pandemiyasına qarşı birgə mübarizə aparmaq məqsədilə ölkəmizin başcısının Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə bu ilin mayın 4-də videokonfrans formatında Zirvə Görüşü keçirilmişdir. Bu tədbirdə, Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak edirdilər. Həmin zirvə görüşündə cənab Prezident çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədi ilə BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində birgə konfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini vermişdir. Sevindirici haldır ki, möhtərəm Prezidentimizin bu humanist çağırışına 130-a qədər BMT üzvü dövlət tərəfindən dəstək gəlmişdir. Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sesiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi benyəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin parlaq təzahürüdür. Bundan əvvəl də dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən ölkəmizin başcısının rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülmüş və əməli addımlar atılmışdır. Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan yeganə dövlətdir ki, bu təşəbbüsə qarşı çıxmışdır. Bu yerdə ölməz sənətkar Hüseyin Cavid yadıma düşüb: İblis nədir? Cümlə xəyanətlərə bais. Ya, hər kəsə xain olan insan nədir? İblis. Və Ermənistan bu təşəbbüsə qoşumayaraq yenidən əsl iblisliyini təsdiq etmişdir. Və Aleksandr Dümanın bu sözlərini istər-istəməz təkrar edirəm: "Ermənilər öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər". Həqiqəti nəcə gözəl, necə düzgün əks etdirən fikir! Dünya pandemiyaya qarşı sözün əsl mənasında döyüşdədir. Azərbaycan COVİD-19-a qarşı qabaqlayıcı tədbirlər görsə də həyəcan təbili çalmaqda davam edir. Möhtərəm Prezidentimizin Gəncədə 1 saylı modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı söylədiyi:-"Şəxsən mənim üçün seçim yox idi. İlk növbədə insanların həyatı və onların satlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır" fikirləri xalqımıza məhəbbətinin, rəgbətinin bariz nümunəsidir. Bizlərsə əlbir olmalıyıq ki, kələfi dolaşmış qarışıq dünyada koronavirusa qarşı mübarizə aparmaqla yanaşı dünyanın ən stabil, sakit, firavan guşəsi olan Azərbaycanımızın tutduğu tərəqqi və inkişaf yolu ilə irəliləməyimizdən zövq alaq. Bu yolda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları kimi xalqını sevən, dövlətinə sədaqəti ilə fərqlənən bir şəxsiyyətə hər zaman böyük ehtiyacımız olduğunu unutmayaq.
Əminə YUSİFQIZI,
Yevlaxda çıxan "Kür" qəzetinin baş redaktoru, Respublikanın əməkdar jurnalist