AƏSMA-da yaz semestr imtahanları davam edir

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahanları davam edir. Akademiyadan "Olaylar"a bildirilib ki, 25.06.2020-ci il tarixinədək Akademiyda Microsoft Teams platforması vasitəsilə 109 onlayn qaydada şifahi imthan keçirilmişdir. Ümümlikdə Akademiya tələbələrinin 96% keçirilən imthanlarda iştirak etmişdir.

Onu da qeyd edək ki, tədris ilinin yaz semestrinin imtahanları 9 iyul tarixində yekunlaşacaq. İmtahanda hər hansı bir səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr ödənişsiz formada avqust sentyabrın aylarında növbəti dəfə imtahan verə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31