Virusa qalib gəlmədikcə, bu, olmayacaq - Qulam İsaqzai

Hazırkı pandemiyanın yaratdığı təhdid və təhlükə dünyanın və BMT-nin görmədiyi dəhşətli təhlükədir.

Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Operativ Qərargahın bugünkü brifinqində deyib.

Q.İsaqzai bildirib ki, bu pandemiya insanların həm iqtisadi, həm sosial həyatına çox ciddi təsir edir: "Pandemiya cəmiyyətin kifayət qədər böyük sahələrinə öz təsirini göstərməkdədir. Hazırda bu virus seçib hansısa ölkələri, bölgələri hədəfə almır. Səhhətində problem olan və olmayan insanların hər birinə yoluxub, onların sağlamlığına ciddi təsir edə bilər".

O qeyd edib ki, bu səbəbdən BMT-nin baş katibi hər kəsi qlobal həmrəyliyə çağırıb: "Ölkələr və vətəndaşlar arasında həmrəylik olmalıdır. Hökumətlər yalnız öz gücü hesabına bu pandemiyaya qalib gələ bilməyəcək. Bizim hər birimizin öz məsuliyyəti var. Məhz bu səbəblə birlik olub pandemiyaya qalib gəlməliyik".

Qulam İshaqzai vurğulayıb ki, bu işdə hər birimiz kiçik addımlarla belə tövhə verə bilərik: "Burada gigiyena qaydaları, sosial məsafə vərdişlərində edilən dəyişikliklərdən söhbət gedir. Eyni zamanda, simptomlu insanların özünütəcridi kimi kiçik addımlarla hər birimizin xüsusi öhdəliyi var".

O əlavə edib ki, həm Azərbaycanda həm də dünyada təcrid proseslərində yorğunluq var: "Bəziləri işə getmək istəyir, pandemiya səbəbilə hər kəs ziyanla üzləşir. Lakin virusa qalib gəlmədikcə, ölkələrdə iqtisadiyyatın bərpası mümkün olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31