Bu gün ölkə ərazisində 547 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. 291 nəfər sağalaraq evə buraxılıb.
Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
O bildirib ki, bu gün 6 nəfər dünyasını dəyişib: "Bu günə qədər isə ümumilikdə 180 nəfər dünyasını dəyişib".