Neftçalaya yeni prokuror təyin edildi

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinat olub. "Olaylar" xəbər verir ki, Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Həmin əmrə əsasən, Neftçala rayon prokuroru vəzifəsinin icrası Nəsif Nəcəfova həvalə edilib. Bu təyinata qədər N.Nəcəfov Gəncə şəhər prokurorunun müavini vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31