Dərman preparatlarını və siqaretləri gizli keçirmək istədilər

Dərman preparatlarını və siqaretləri gizli keçirmək istədilər

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatları və siqaretlərin gömrük nəzarətindən gizlədərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. DGK-dan "Olaylar"a bildirilib ki, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gömrük baxışı zamanı, Gürcüstandan gələn "Mercedez Benz Actros" markalı yük avtomobilinin salonunda və şitinin arxasında gömrük nəzarətindən gizlədilən üzərində "Potasyum Klorür Osel % 7,5" yazılan 200 ampul və üzərində "Perlinganit" yazılan 30 ampul dərman preparatları, Türkiyə Respublikasından gələn "DAF" markalı yük nəqliyyat vasitəsinin salonunda oturacağın altında və şitin arxasında isə gömrük nəzarətindən gizlədilən 2000 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31