Mobil telefonlar aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirlməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdikləri "MAN" və "DAF" markalı yük avtomobilləri ilə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində aksesuarları ilə birlikdə 1 ədəd " İPhone 11 64 GB", 1 ədəd " İPhone 11 Pro Max 64 GB" və 1 ədəd " Samsung Galaxy Fold 5G 512 GB" markalı mobil telefonlar aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31