Bəhram Bağırzadənin səhhəti ilə bağlı SON VƏZİYYƏT

"Əməkdar artist Bəhram Bağırzadənin səhhətində dünəndən bu günə ciddi dəyişiklik baş verməyib".

Bunu Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31