Onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatır
25 İyun 2020 14:21 Sosialİyunun 25-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apelyasiya komissiyasının işi başa çatır.
"OLAYLAR" xəbər verir ki, ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələr üzrə I sinfə qəbul zamanı məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibənin nəticəsi üzrə valideynlərin müraciətlərinə baxılması üçün nəzərdə tutulan onlayn Apelyasiya komissiyası isə müsahibə prosesi yekunlaşdıqdan sonra fəaliyyətə başlayacaq.
İyunun 30-dək vətəndaşlara mektebeqebul.edu.az elektron sisteminin "Əlaqə" bölməsi vasitəsilə Apelyasiya komissiyasına müraciət etmək imkanı yaradılıb.
Qeyd edək ki, onlayn Apelyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasını təmin etməkdən ibarətdir.