Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib
25 İyun 2020 14:21 SosialAztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişləndirilir. Bu yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artaraq 84 100-ə çatıb. Həmin ailələrdə ümumilikdə 350 mindən çox ailə üzvü var. "Olaylar" xəbər verir ki, hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Yeni qərarla, sosial dəstək tədbirlərindən biri kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi müddəti uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31