Deputat Baş Nazirdən bələdiyyələrin xahişini etdi
25 İyun 2020 11:58 Sosial"Təəssüflər olsun ki, bələdiyyələrə 2020-ci ilin büdcəsindən nəzərdə tutulan dotasiyalar hələ də ayrılmayıb". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib. Deputat bildirib ki, Maliyyə Nazirliyi hazırda dotasiyaların ayrılması üzərində işləyir və bundan sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək. K.Bayramov Baş Nazir Əli Əsədovdan xahiş edib ki, məsələyə dair tez qərar qəbul olunsun.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31