Milli Məclisdə cari məsələlər müzakirə olunmadı
25 İyun 2020 11:39 SosialMilli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında Sədr Sahibə Qafarova epidemioloji vəziyyəti nəzərə alaraq gündəlik ətrafında fikir bildirməməyi təklif edib. "Olaylar" xəbər verir ki, deputatlar həmin təklifi müsbət qarşılayıb. Beləliklə, deputatlar gündəlikdəki məsələlərə münasibət bildirməyərək, məsələlər birbaşa səsverməyə çıxarılaraq qəbul edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31