“Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” kitabı işıq üzü görüb
25 İyun 2020 10:19 SosialAMEA-nın Gəncə Bölməsi və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən "Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli" kitabı çap olunub.
Olaylar.az bildirir ki, kitabın tərtibçisi, həmçinin farsdilli mətnlərin tərcüməçisi, şərhlərin və "Ön söz"ün müəllifi Əlyazmalar İnstitutunun böyük elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır. Vəsaitin rəyçisi isə institutun direktoru, akademik Teymur Kərimlidir.
Nəşrdə Ziyadoğlu-Qacarlar nəsli və onun görkəmli nümayəndəsi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan haqqında tarixi mənbələrə əsaslanan məlumatlar - Cavad xanın əcdadları və nəvə-nəticələri, Gəncə uğrunda onun işğalçılara qarşı göstərdiyi şücaətlər və digər maraqlı faktlar təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31