Paytaxtda narkotacir yaxalanıb

Bakıda narkotacir saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin aşkar edilib. Yaşadığı mənzildən isə 1 kiloqramdan artıq heroin, 269 qrama yaxın metamfetamin, 395 qram marixuana və 1 ədəd elektron tərəzi götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31