2 məhkəmə sədri barədə intizam icraatı başlanıb

Məhkəmə-Hüquq Şurasının apardığı monitornq zamanı  bəzi hakimlər tərəfindən intizamsızlıq və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilib. Şuradan "Olaylar"a bildirilb ki, nəticədə xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31