100-dən artıq hakim barədə qiymətləndirmə prosesinə başlanılıb

Dövlət başçısının tövsiyələrinə uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən cari ildə 2 yeni mühüm sənədin - Ali Məhkəmə tərəfindən məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının qəbul edilib, bu sahədə elektron proqram təminatı hazırlanıb. Şuradan "Olaylar" a bildirilib ki, bu hakimlərin fəaliyyətinin hərtərəfli qiymətləndirilməsində, sistem xarakteri daşıyan nöqsanların aşkar edilməsində və fəaliyyətində ciddi pozuntulara yol verən şəxslərin müəyyən edilməsində mühüm praktik alət olacaq. Artıq yeni Qaydalarla fəaliyyəti qiymətləndirilməsi nəzərdə tutulan 100-dən çox hakim, o cümlədən 50-dək yuxarı instansiya məhkəmələrinin hakimləri barədə qiymətləndirmə prosesinə  başlanılıb. Konkret olaraq məhkəmələrdə işlərin hakimlər arasında elektron qaydada bölgüsü, bu sahədə şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə monitorinqlər keçirilib. Distant formada, "Elektron Məhkəmə" informasiya sistemi vasitəsilə təşkil edilən monitorinqlər zamanı aşkar olunan pozuntular 20-dən çox məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31