“Rəqsanə başdan – ayağa plastik əməliyyatdır, Roza mənəm-mənəm deyir"
24 İyun 2020 12:55 SosialMüğənni Lətifə Soyuöz ATV kanalında "7 canlı" verilişinin qonağı olub.
Proqramda "7 zərf" rubrikasında iştirak edən ifaçı maraqlı açıqlamalar verib. O, zərflərdən çıxan ifadələrə uyğun fotoları ekranda nümayiş olunan məşhurlardan birini seçməli olub.
Lətifə "kim başdan ayağa plastik əməliyyatdır" ifadəsinə görə müğənni Rəqsanəni nişan verib. O, İsmayılovanın çox kompleksiz şəkildə bunu özünün də etiraf etdiyini bildirib.
Daha sonra Soyuözün "kim mənəm-mənəm deyir" sözlərinə görə seçimi müğənni Roza Zərgərli olub.
"Roza qoç bürcü olduğu üçün mənəm-mənəm deməyi çox xoşlayır",- deyə o, vurğulayıb.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31