Bu gün 9 şəhər və rayonda buraxılış imtahanı keçirilir
24 İyun 2020 12:12 SosialDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilir. DİM-dən "Olaylar"a verilən məlumata görə, bugünkü imtahanlar 9 şəhər və rayonda keçirilir. İmtahanlarda 8712 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31