AzTV-nin binası ciddi nəzarət altındadır - GİRİŞDƏ HAMI YOXLANILIR
24 İyun 2020 11:59 Sosial"Azərbaycan Dövlət Televiziyasında (AzTV) ümumilikdə 6 nəfər koronavirusa yoluxub".
Bunu Redaktor.az-a açıqlamasında AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərgiz Rəfiyeva bildirib:
"Hazırda televiziya ciddi nəzarət altındadır, hərarəti olanlar dərhal evə göndərilir. Kanalda hər gün dezinfeksiya işləri aparılır. AzTV-yə maskasız daxil olmağa icazə verilmir. Virusa yoluxan əməkdaşlarımızın səhhəti normaldır", - deyə N.Rəfiyeva bildirib.
Qeyd edək ki, bu gün AzTV-nin "Azərbaycan deyəndə" layihəsinin aparıcısı Ülfət Rəhimovada koronavirus aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31