Moskvada Qələbə paradı - CANLI YAYIM

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Böyük Vətən Müharibəsinin anım günü keçirilir.

Publika.az xəbər verir ki, də faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı yerli vaxtla 11:00 etibarilə nümayişə başlayıb.

Qırmızı meydanda baş tutan mərasimdə 10 ölkə dövlət başçısı səviyyəsində iştirak edir: Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Milorad Dodik, Moldova Prezidenti İqor Dodon, Tacikistan rəhbəri Emomali Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev.

Mərasimdə Azərbaycanı Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Həmçinin, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti çıxış edir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə 9 mayda keçirilən parad 24 iyuna təxirə salınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31