Müğənni Mina iradlara cavab verdi: “Bağlı geyinib min hoqqadan çıxmıram”
24 İyun 2020 11:53 Sosial"Koronayla birgə bəzi insancıqlardan da qorunmağın vaxtı gəldi çatdı... Hər zaman xoşniyyətli olmağa davam, məni özünüzə bənzədə bilməyəcəksiniz".
Busözləri müğənni Mina instaqramda yazıb. Geyimlərinə görə tez-tez tənqid edilən ifaçı iradlara cavab verib:
"Bəli, açıq-saçıq geyinirəm, bu, ilk deyil. Məndən də açıq geyinən var, lakin o demək deyil ki, həyat tərzim yaratdığım obraza uyğundur. Bildi-bilmədi ağzına gələni yazan insancıqlar, gedin öz işinizlə məşğul olun. 100 faiz sizin kimi yaşamıram, bağlı geyinib min hoqqadan çıxmıram. Kiminsə sevgilisini və ərini əlindən almıram. Ümumiyyətlə oğlanları yaxına buraxmıram. Kişili-qadınlı gedin evli ola-ola xəyanət edənlərdən danışın.
İndiki zəmanəmizdə qızlar oğlanların peşindədir, özünüzü istifadə etdirməyin. Qadınlara tərəf olduğum mövzuda məni ilk daşlayan qadınlar oldu. Çünki düz nöqtəsinə düşmüşəm".
publika.az
