Koronavirus nədir və bu virusdan necə qorunmaq olar? - Təhlil
24 İyun 2020 11:11 SosialSon zamanlaradək elm üçün naməlum qalan koronavirus (CoVİD-19) kəskin ağciyər xəstəliklərinə səbəb olur. CoVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, bir çox ölkə və ərazidə yayılıb, yüz minlərlə insanın həyatına son qoyub. Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər.Yeni virusların ortaya çıxması mütəmadi prosesdir. Yoluxanların bir çoxunda (18% və ya hər beş nəfərdən biri) heç öskürək də olmur. Yəni, bəzi şəxslərdə xəstəliyin heç bir əlaməti müşahidə edilmir və insan yoluxduğunu heç bilmir də. Koronavirusun ən qeyri-adi xüsusiyyətlərindən biri dad və iy hissinin itməsidir. Ona görə də bu hisslər itirildikdə, demək ki, narahat olmaq və müalicəyə başlamaq üçün əsas var. Xüsulə vacib fakt: bu yeni koronavirusun daşıyıcısı yoluxduğu ilk andan etibarən ətrafdakılar üçün təhlükəlidir - xəstəliyin ilk siptomları üzə çıxmazdan çox-çox əvvəl. Öz sahibini öldürən virus başqalarını yoluxdura bilmir. Ona görə də virus nadir hallarda bu səviyyədə mutasiya edir - belə son onun maraqlarına uyğun gəlmir. "SARS-CoV-2" məhz başqa kateqoriyaya aiddir. Bu virus yoluxduğu insanı daşıyıcı edir, gec üzə çıxır və ya heç çıxmır və ona görə də yoluxanların sayı artır. Hər bir daşıyıcı orta hesabla 2-4 arası sağlam şəxsi yoluxdura bilir. Bu, mövsümi qripin göstəricisindən (1,3 nəfər) çox, qızılcanın göstəricisindən (12+ nəfər) azdır. Hərçənd bütün başqa infeksiyalarda olduğu kimi, "SARS-CoV-2" virusunun da super daşıyıcıları var və onlar dəfələrlə çox insanı (yüzlərlə və bəlkə də minlərlə) yoluxdura bilirlər. Ekspertlər xəbərdarlıq edirlər: özünüzü psixoloji baxımdan bu fikrə alışdırmalısınız ki, on milyonlarla insan koronavirusa yoluxa, yüzminlərlə insan ölə bilər. Koronavirusun mənşəyinin süni olması versiyası müxtəlif ölkələrdə fəaliyyət göstərən alim qrupları tərəfindən ciddi şəkildə yoxlanıb və doğru olmadığı qənaətinə gəlinərək rədd edilib.
Tibbi maskaya gəldikdə o, koronavirusdan qorumur. Maskanı yoluxmuş şəxslərin taxması səmərə verir - 100%-lik qoruma təmin olunmasa da, ətrafdıkalır üçün riski bir qədər azaldır. Virusun hissəcikləri o qədər kiçikdir ki, məsamələrdən asanlıqla keçə bilir. Yoluxmuş şəxslərin öskürəyindən ətrafa çox kiçik tüpürcək damcıları sıçrayır və bu damcıların hər birində milyardlarla virus hissəciyi ola bilər. Havada koronavirus 3 saat boyu sağ qalır (yəni sağlam adamlarıı yoluxdura bilir). Dəmir və plastik səthlərdə "SARS-CoV-2" 3 gün, kağız və kartonda 1 sutkaya qədər, misdə 4 saata qədər sağ qalır. Məhz buna görə profilaktikanın ən əsas və etibarlı üsulu evinizdən kənardakı istənilən səthlə təmasdan sonra əllərinizi yaxşıca yumaqdır. Yaxınlıqda əlüzyuyan yoxdursa, əl üçün antiseptik gellərdən istifadə etmək olar. Ancaq, təbii ki, ən yaxşısı əlləri yumaqdır. Bundan başqa, dezinfeksiya üçün miramistin və xlorgeksin də işə yarayar - hər ikisi təkcə bakteriyaları yox, həm də virusları yox edir. Antibiotiklər virusa qarşı gücsüzdür. Qrip, herpes və digər qriplərə qarşı olduğu kimi. "SARS-CoV-2" xəstəliyinə qarşı spesifik terapiya mövcud deyil. Yoluxanları ancaq siptomlara uyğun müalicə edirlər, yəni infeksiyanın özüylə yox, əlamətləriylə mübarizə aparırlar. Bəzi hallarda bir müddət gözə dəyməyən virus heyvanlardan insana ötürülə bilər."Keçmişdə ortaya çıxan xəstəliklərin yayılmasına nəzər salsaq, yeni koronavirusun heyvanlardan (insana) keçməsini görərik", - Nottingham Universitetinin virusoloqu professor Jonathan Ball deyir. Belə bir fikir də irəli sürülür ki, yarasalarda başlayan Şiddətli Kəskin Respirator Sindromu (SARS) palma pişiklərinə - onlardan isə insanlara keçib.
Məlumata görə, 2002-ci ildə SARS 774 nəfərin ölümünə bais olmuşdu. "SARS yaddaşlarda dərin iz buraxıb və indiki qorxuların çoxu da məhz buradan irəli gəlir. Amma biz belə xəstəlik növləri ilə mübarizə aparmağa daha çox hazırıq", - Wellcome Trust-dan doktor Josie Golding deyib. 2012-ci ildə Yaxın Şərq tənəffüs sindromu (MERS) baş qaldırdı. O vaxtdan bəri bu xəstəliyə düçar olan 2,494 xəstədən 858-i vəfat edib. Lakin müntəzəm olaraq birhürgüclü dəvələrdən keçən yoluxma halları qeydə alınır.Virusların mütəmadi olaraq dəyişib inkişaf edəcəyini gözləmək olar. Ancaq bunun mümkün nəticələrini izah etmək daha çətindir.Yeni koronavirus bir canlıdan digərinə ötürülür. Mutasiya nəticəsində onun insandan insana keçməsi asanlaşa bilər. Həmçinin, xəstəliyin simptomları da kəskinləşə bilər. Bunlar alimlərin diqqət mərkəzində qalan məsələlərdir. Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilər. Bu simptomların sizdə olması sizin koronavirusa tutulduğunuz anlamına gəlmir. Çünki, soyuqdəymə və qripin də simptomları belədir. Xəstəliyin kəskin halları sətəlcəmə, ağır kəskin tənəffüs sindromu, çoxsaylı orqan çatışmazlığı və hətta ölümə də səbəb ola bilər.Yaşlı insanlar və ya əvvəllər astma, diabet, ürək xəstəlikləri olmuş insanlar xəstəliyi daha ağır keçirə bilər. İnfeksiyanı tutmaq və simptomların özünü göstərməsi arasındakı zaman - inkubasiya dövrü 14 gün çəkə bilər, Dünya Səhiyyə Təşkilatı (WHO, ÜST) deyir.Lakin bəzi araşdırmaçılar bu dövrün 24 günədək davam edə biləcəyini qeyd edir.
Əlləri mütəmadi olaraq yaxşıca yumaq virusa yoluxmamaq yolunda ilk addımdır. Koronavirus onu nəfəslə içəri aldığınız zaman (kimsə yaxında öskürəndən sonra) və ya üstündə virus olan əşyaya və sonra da üzünüzə toxunduğunuz zaman bədəninizə keçə bilər. Odur ki, asqırma və öskürmə zamanı ağız-burunu dəsmalla tutmaq, əlləri yumadan üzə-gözə vurmamaq və xəstə insanlarla yaxın əlaqədə olmamaq önəmlidir. Özündə respirator xəstəlik əlamətləri hiss edən şəxslər təcili yardıma müraciət etməlidirlər. Hazırda xəstəliyin geniş yayıldığı bölgələrdən gələnlər və ya onlarla təmasda olanlar, eləcə də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olanlar analiz verməlidir. Dünyaboyu hər gün xəstələnənlərin sayı artır. Lakin mütəxəssislər hesab edir ki, xəstələrin sayı rəsmi rəqəmlərdən xeyli artıqdır. Xəstəliyin episentri Çinin Uhan şəhərində yerləşır. Lakin artıq demək olark i, bütün ölkələrə yayılıb. Xəstəliyin yayıldığı ilk günlərdə yoluxanların demək olar ki, hamısı Uhana səfər edənlər idi. İstisnanı Tailandda baş verən bir yoluxma halı təşkil edir. Burada yoluxmanın mənbəyi heyvan olub. ÜST-ün 56 min pasiyent arasında apardığı sorğu nəticəsində aydın olub ki, yoluxanların hər beş nəfərindən dördündə simptomlar mülayim olur. Daha dəqiq, yoluxanların 80 faizində simptomlar yüngül, 14 faizində kəskin, 6 faizində isə kritik olub. Xəstəlikdən ölənlər 1-2 faiz təşkil edib, lakin bu məlumatlar dəqiq deyil. Bunu qriplə müqayisə etsək, hər il bu xəstəlik 290 000-650 000 ölümə səbəb olur. Eynilə, hər il qripin kəskinliyi də artır. Hazırda müalicə çox sadə məsələyə - nəfəs sisteminə dəstək verməyə əsaslanır.Virusa qarşı vaksin yoxdur, buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir. Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər. Kütləvi toplaşmaq və səyahətə məhdudiyyətlərin qoyulması da virusun yayılmağının qarşısını ala bilər.
Zəka
Olaylar.az