Diaspora Komitəsinin koronavirusa yoluxan əməkdaşlarından biri sağalıb
24 İyun 2020 10:24 SosialDiasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxub xəstəxanaya yerləşdirilən iki əməkdaşından biri sağalıb və artıq evindədir. "OLAYLAR"-ın xəbərinəı görə, bu barədə məlumatı Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı verib. Bildirib ki, komitənin digər əməkdaşının vəziyyəti yaxşıdır və yaxın günlərdə xəstəxanadan evə buraxılacağı gözlənilir: "Hər kəsə can sağlığı arzu edirik və peşəkar həkimlərmizə minnətdarıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31