Azərbaycanda karantini qaydalarını pozan hakim cəzalandırıldı

Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova xüsusi karantin rejiminin, hakimlərin etik davranış qaydalarının tələblərinin pozulmasına görə töhmət verilib.

Bu barədə Publika.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bununla bağlı qərar Məhkəmə Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31