Prezident imzaladı - Bu qaydaları pozanlar 1000 MANATADƏK cərimələcənək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

İnzibati Xətalar Məcəlləsində aşağıdakı dəyişikliklər ediib:

1. 116.1-ci maddəyə "532," rəqəmlərindən sonra "533-1," rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 533-1-ci maddə əlavə edilsin:

"Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması

Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə-

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31