Biləcəri qəsəbəsində hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar bu gecədən Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə "OLAYLAR"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31